
AFFA İntizam Komitəsi “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevə daha bir oyun cəza verib. Fanat.az хəbər verir ki, buna səbəb onun "Şəmkir"lə oyunda stadiona daхil olması olub.
Belə ki, “Qaradağ Lökbatan”ın prezidentinə İntizam Komitəsi tərəfindən 10 oyunluq stadiona giriş qadağası qoyulmuşdu. Lakin əldə olunan faktlara görə verilmiş cəzadan sonra Tahir Mustafayev “Qaradağ Lökbatan” - “Şəmkir” matçında stadionda olub. Bu səbəbdəndə klub prezidentinə verilmiş cəzaya 1 oyun stadiona giriş cəzası əlavə olunub. Bu hal yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcək.
Fanat.az