FIFA-nın 65-ci konqresi baş tutub. Fanat.az хəbər verir ki, konqresdə qurumun prezidenti seçilib.
Seçkilərin ilk turunda qalib müəyyənləşməyib. Reqlamentə əsasən iki namizəddən birinin qalib gəlməsi üçün ümumi səslərin 2/3-nü toplaması lazım idi. İlk turda isə hazırkı prezident Zepp Blatter 133, Əli ibn Əl-Hüseyn isə 79 səs toplayıb.
Xatırladaq ki, konqresdə FIFA-ya üzv olan 209 ölkənin də nümayəndələri iştirak edir. Azərbaycanı konqresdə AFFA Prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.
İkinci turda isə əsas şərt kimin daha çofx səs yığması olacaqdı. Amma son anda Əli ibn Əl-Hüseyn ikinci tur öncəsi namizədliyini geri götürüb. Bununla da isveçrəli Blatter 5-ci dəfə FIFA prezidenti olub.
Qeyd edək ki, Blatter rüşvət almaqda və saхtakarlıqda ittiham olunurdu.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol