"Bakı" yeni mövsümdə Topaz Premyer Liqasında çıxış edə bilər. Fanat.az xəbər verir ki, bu barədə "zolaqlılar"ın vitse-prezidenti Yaşar Seyidov azerisport.az saytına açıqlamasında bəyan edib:
"Klub prezidenti Hafiz Məmmədov AFFA-nın rəhbəri Rövnəq Abdullayevlə görüşüb. Onlar komandanın yeni mövsümdə Topaz Premyer Liqasında çıxış etməsini müzakirə ediblər. İndi biz AFFA-nın əsas tələbini - maliyyə problemini yoluna qoymalıyıq. Hafiz Məmmədov bu məsələni həll etsə, klub lisenziyalaşdırmadan keçəcək və Premyer Liqada çıxış edəcək. Heyətə gəlincə, bizim hazır komandamız var. Yalnız Nuran Qurbanov "Sumqayıt"a keçib. Qalanlar hamısı yerindədi".
Məsələyə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də münasibət bildirib: "Topaz Premyer Liqasının yeni mövsümündə iştirak edəcək klubların sayı bəllidi - 10. Həmin siyahıda "Bakı"nın adı yoxdu. Çünki klub AFFA-dan lisenziya ala bilməyib. Amma Premyer Liqada oynamaq istəyirlərsə, öncə I divizionda oynamalı, qalib olmalı və növbəti mövsümdən Premyer Liqaya qayıtmalıdılar. Premyer Liqanın yeni mövsümünün iştirakçıları artıq hazırlığıa start veriblər. Yalnız "Simurq" qalır ki, onlar da yaxın günlərdə təlim-məşq toplanışına başlayacaqlar".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol