18:15 09.07.2015 605

Tuyqun Nadirov klublarımıza inanır

"Klublarımız arasında ayrıseçkilik salmaq istəmirəm. Hansı klub yaxşı çıxış edərək uğur qazanacaqsa, Azərbaycanı layiqincə təmsil edəcəksə, ona da ümid bağlaya bilərik. Amma ümumiyyətlə, bütün klublarımıza azarkeşlik edir, onları dəstəkləyirik. Həm "Qəbələ", həm "İnter", həm də "Neftçi"yə uğurlar arzulayıram". Bu sözləri "Report"a açıqlamasında AFFA Klublar Komitəsinin sədri və "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.


Onun fikrincə, bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına çıxacaq Azərbaycanın hər 3 klubu rəqiblərini üstələyəcək: "İlk oyunda Qəbələ"nin məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Deyərdim ki, bu nəticədə bəxt amili rol oynadı. "Qəbələ"nin yaxşı heyəti var. Mənə elə gəlir ki, ev oyununda məğlubiyyətin əvəzini çıxa biləcək. "Neftçi"dəki vəziyyət məlumdur. Müəyyən çətinlikləri var. Klubda yenidən təşkilatlanma gedir. Bununla belə, "Neftçi" də əlindən gələni etməyə çalışacaq. "İnter"in də növbəti mərhələ şansı var. Hər şey klubun öz əlindədir. Mənə elə gəlir ki, hər 3 klubumuz Avroliqada mərhələ adlayacaq".


Nadirov bildirib ki, daha dəqiq proqnozu növbəti mərhələ üçün vermək olar: "Elə klublar var ki, gözlənilməz, elələri də var ki, gözlənilən nəticəyə imza ata bilərlər. Amma daha dəqiq proqnozu ilkin mərhələ yekunlaşdıqdan sonra vermək olar. Məsələn, bir neçə il öncə "Xəzər Lənkəran" Estoniyanın "Nomme Kalyu" komandası ilə öz meydanında gözlənilmədən 2:2 hesablı heç-heçə etdi. Halbuki biz bu komandanı mütləq məğlub etməli idik. "Nomme Kalyu"nun Lənkəranda 2 qol vuraraq, məhsuldar heç-heçəyə nail olması şanslarımızı xeyli azaltmışdı. Amma biz səfərdə 2:0 hesabı ilə qalib gəldik və mərhələ adladıq. Ona görə deyirəm ki, tələsmək lazım deyil. Başlanğıc mərhələdə belə hallar olur. Yəni, güclü heyətlə zəif komanda ilə oyuna köklənə bilmirsən".


Qeyd edək ki, saat 21.00-da "Qəbələ" Gürcüstanın "Dinamo" (Tiflis), "İnter" Albaniyanın "Laçi" komandasını qəbul edəcək. Saat 23.30-da isə "Neftçi" Çernoqoriyada "Mladost"un qonağı olacaq. İlk görüşlərdə "Qəbələ" 1:2 hesabı ilə uduzduğu halda, "İnter" 1:1, "Neftçi" 2:2 hesablı heç-heçə ilə kifayətlənib. 


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
20:29

AL: "Qarabağ" hesabda önə keçir - YENİLƏNİR

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X