
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil ediləcək.
Fanat.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edəcək. Püşkatma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Milli komandanın baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar püşkatma mərasimində iştirak etməyəcək.
Fanat.az