AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının son turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Rəvan"dan Roini İsmayılov (idmançıya yaraşmayan hərəkət), AZAL-dan Süleyman Mustafazadə (idmançıya yaraşmayan hərəkət) ikinci sarı vərəqəni, "Qəbələ"dən Murad Musayev (sonuncu ümid foulu) və "Xəzər Lənkəran"dan Röyal Əlizadə (sonuncu ümid foulu) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə olunub.
“Sumqayıt” isə “Xəzər Lənkəran”la oyunda 4 futbolçusunun sarı vərəqə aldığından 500 manat cərimə ödəyəcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol