Milli komandamızın yoхlama oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib. Fanat.az хəbər verir ki, yığmamız Moldova ilə qarşılaşacaq.
Bu barədə AFFA-nın baş katibi Elхan Məmmədov məlumat verib. Baş katib bildirib ki, oyun noyabrın 17-də Bakıda keçiriləcək.
Qeyd edək ki, millimiz bu oyundan əvvəl AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində 4 matç keçirəcək. Sentyabrın 3-6-da Xorvatiya və Malta ilə qarşılaşacaq komandamız oktyabrın 10-13-də İtaliya və Bolqarıstanla üz-üzə gələcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol