
AFFA-nın İcraiyyə Komitəsinin 29 avqust 2016-cı il tarixli iclasında I divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunmuşdu.
Fanat.Az xəvər verir ki, bu gün AFFA-nın inzibati binasında AFFA, PFL və Məşqçilər Komitəsinin birgə iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
- I divizionda 2016/17 mövsümündə limit 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşsin.
- I divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.
Fanat.Az