12:30 31.01.2014 922

PFL turu təxirə salacaq?

Qarlı hava şəraiti ilə əlaqədar Topaz Premyer Liqasında III dövrənin fevralın 1-də başlaması sual altına düşüb. XIX turun 5 qarşılaşmasından 4-ü Bakıda, 1-i Sumqayıtda keçirilməlidi.
 
Tura sabah saat 16.00-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda eyniadlı komanda və “Qəbələ” arasındakı görüşlə start verilməlidi. Saat 17.00-da isə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” - “Xəzər Lənkəran” matçının startı nəzərdə tutulub.   
 
Fevralın 2-də paytaxtda daha 3 oyun olmalıdı. “Bakı” saat 13.30-da öz təlim-məşq bazasında “İnter”i, “Neftçi” saat 15.30-da “Bakcell Arena”da “Simurq”u, “İnter” isə 17.00-da “Şəfa” stadionunda AZAL-ı qəbul etməlidi.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, həftənin sonunadək hava şəraiti ölkə ərazisində gündən-günə kəskinləşəcək, şaxta və qar davam edəcək. Havanın temperaturunun Bakı və Abşeron yarımadasında fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Hazırda çovğun davam edir, yollar buz bağlayıb. 
 
Belə hava şəraitində stadionların oyunlara hazırlanmasında çətinliklər yarana, hətta tur təxirə salına bilər.  
 
Peşəkar Futbol Liqasının (PFL) direktoru Məlik Həsənov oyunların baş tutması üçün hər şeyi etdiklərini bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə klublarla və stadionlarla müntəzəm əlaqə saxlanılır: “Gərək klublar da ev oyunlarını keçirəcəkləri stadionları hazır vəziyyətə gətirməyə çalışsınlar. Hava şəraitindən də çox şey asılıdı. Hələlik oyunların təxirə salınması barədə düşünmürük”.

lent.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

Facebookdan bizi izləməyi unutmayın.
X