"Pekin-2022” Qış Olimpiya Oyunlarına bilet satılmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi qərar qəbul edib.
Biletlər müəyyən qrup insanlar arasında bölüşdürüləcək. Koronavirus pandemiyası səbəbindən yalnız yerli azarkeşlərin izləyə biləcəyi Olimpiadanın biletlərinin sahiblərini təşkilatçılar müəyyənləşdirəcək.
Qeyd edək ki, “Pekin-2022” fevralın 4-dən 18-dək keçiriləcək.