Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb.
Fanat.Az nazirliyin saytına istinadən xəbər verir ki, reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq.
Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub.
“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq.