
KONKAKAF Millətlər Liqasında Panama millisi ilə Yamayka 3-cü yer uğrunda görüşdə üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin çıxış etdiyi Panama yığması rəqibinə 0:1 uduzub.
Miller meydana start heyətində çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
Beləliklə, Roderik Millerin komandası yarışı 4-cü yerdə tamamlayıb. Turnirin qalibi isə ABŞ millisi olub.