AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının III turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.