
"Tottenhem" İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı "mahmızlar"ın rəsmi saytı yayıb.
"Nyukasl"dan transfer olunan 26 yaşlı oyunçu London təmsilçisinə iş icazəsi alındıqdan sonra qoşulacaq. İngiltərə mətbuatı bu keçidin "Tottenhem"ə 117 milyon avroya başa gəldiyini açıqlayıb ki, bu da paytaxt klubunun tarixində ən yüksək transfer məbləğidir.
2023-cü ilin iyulundan "Nyukasl"da oynayan Tonali o vaxtdan bəri "sağsağanlar"ın forması ilə 110 matça çıxaraq 10 qol vurub. O, ötən il "ağ-qaralar"la İngiltərə Liqa Kubokunu qazanıb.
Toğrul