
"Fənərbağça" rəhbərliyi yeni mövsümün hücum xətti layihəsi çərçivəsində daha bir böyük bombanı partlatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" bu dəfə Səudiyyə Ərəbistanından ulduz futbolçu gətirir.
Tanınmış insayder Yağız Sabuncuoğlunun verdiyi məlumata görə, "Fənərbağça" "Əl-Hilal" klubunda çıxış edən braziliyalı ulduz Malkomun transferi üçün rəsmi hərəkətə keçib.
Klub rəhbərliyi artıq futbolçunun rəsmi nümayəndəsi ilə ilk təması qurub.
Malkomun meneceri transfer danışıqlarını birbaşa yerindəcə yekunlaşdırmaq və şərtləri müzakirə etmək üçün artıq İstanbula gəldiyini bəyan edib.