
İspaniya nəhəngi "Real Madrid" transfer bazarında mərkəz xəttini gücləndirmək üçün olduqca maraqlı bir addım atıb.
Fanat.Az tanınmış insayder Saşa Tavolieriyə istinadən xəbər verir ki, "kral klubu" hazırda azad agent statusunda olan Marselo Brozoviç ilə rəsmi təmas qurub.
Madrid təmsilçisinin rəsmi nümayəndəsi şərtləri və mövcud vəziyyəti öyrənmək məqsədilə xorvatiyalı yarımmüdafiəçinin menecerləri ilə ilkin danışıqlara başlayıb.
Məlumatda qeyd olunur ki, hazırda "boşda" olan Brozoviçin xidmətini məşhur mütəxəssis Joze Mourinyou da yüksək qiymətləndirir.
Kamil Xudiyev