
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Ferran Torresin mümkün gedişinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssisin sözlərini "Sport.es" belə çatdırıb:
"Ümid edir və gözləyirik ki, Ferran Torres yeni mövsümdə də bizim sıralarımızda olacaq".
Ötən mövsüm bütün turnirlərdə 49 matça çıxan Torres 21 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı PSJ-nin heyətinə qatmaq istədiyi futbolçunun transfer qiymətini 50 milyon avro məbləğində dəyərləndirir.
Nihat