
"Mançester Siti" vingeri Jeremi Doku ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "şəhərlilər"in mətbuat xidməti yayıb.
24 yaşlı cinah hücumçusu müddəti 2031-ci ilin yayına qdəər nəzərdə tutulan sazişə imza atıb.
Doku 2023-cü ilin avqustundan MS-in uğurları üçün çalışır. Geridə qalan mövsümdə bütün turnirlərdə 47 matça çıxan ön xətt oyunçusu 8 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 75 milyon avro məbləğində dəyərləndirir.
Nihat