
"Aston Villa"nın ulduz hücumçusu Olli Uotkins Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan gələn təkliflərdən sonra azarkeşlərin sərt reaksiyası ilə üzləşib.
Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Unai Emerinin futbolçunun transfer təkliflərinə görə heyətdən kənarda qaldığını eyham vurması azarkeşləri qəzəbləndirib.
Birmingem təmsilçisi ərəb klubunun sonuncusu 34 milyon funt-sterlinq olan dörd ardıcıl təklifini geri çevirib.
Buna baxmayaraq, azarkeşlər sosial şəbəkələrdə Uotkinsi hədəf alaraq ona qarşı hörmətlərini itirdiklərini bildiriblər.