
"Mançester Siti" "Liverpul"un niderlandlı hücumçusu Kodi Qakpo üçün hərəkətə keçərək transfer yarışına daxil olub.
Fanat.Az jurnalist Munir Bualinə istinadən xəbər verir ki, "şəhərlilər" futbolçunun klubundakı vəziyyətini diqqətlə izləyir və artıq birbaşa oyunçunun özü ilə təmasa keçiblər.
Digər tərəfdən "Tottenhem" də vinger üçün növbəti rəsmi təklifini hazırlamaqla məşğuldur.
"Siti"nin bu müdaxiləsi London klubunun planlarını çətinə salıb və transfer mübarizəsini daha da qızışdırıb.