
"Bayern Münhen" ulduz futbolçusu Maykl Olise üçün Avropa nəhənglərinin iştahını qapatmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, Almaniya klubu "Real Madrid" və digər nəhənglərin marağı fonunda 24 yaşlı futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır.
Oyunçunun mövcud sözləşməsi 2029-cu ilə qədər olsa da, münhenlilər onun gələcəyini tam zəmanətə almaq üçün yeni müqaviləyə 200 milyon avroluq sərbəstqalma maddəsi daxil etmək istəyir.
Bu rəqəm fransalı vingeri transfer etmək istəyən klublar üçün ciddi maneəyə çevriləcək.