
2013-cü ildə "Çelsi" - "Suonsi Siti" matçında Eden Azar tərəfindən vurulması ilə gündəmə gələn topdaşıyan Çarli Morqan böyük biznes uğuruna imza atıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı Morqan təsisçisi olduğu "Au Vodka" brendini təxminən 300 milyon funt-sterlinq dəyərində müqavilə ilə satıb.
Bu barədə "Mail" nəşri məlumat yayıb.
Qeyd edək ki, hadisə baş verərkən 17 yaşı olan Morqan topu vermədiyi üçün Azar tərəfindən təpiklənməmiş və belçikalı ulduz qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.