
İtaliyanın "Komo" klubunda uğurlu çıxış edən mərkəz müdafiəçisi Hakobo Ramon "Real Madrid"ə qayıtmaq ehtimalını tamamilə istisna edib.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun geri alma opsiyasına malik olmasına baxmayaraq, akademiyanın keçmiş yetirməsinin "Santyaqo Bernabeu"ya dönmək niyyəti yoxdur.
A Seriyasında özünü təsdiqləyən gənc stoper üçün İngiltərə Premyer Liqasının nəhəngləri "Arsenal" və "Çelsi" mübarizəyə qoşulub.
İspaniyalı futbolçunun transferində məhz bu iki London klubunun favorit olduğu vurğulanır.