"Real"ın keçmiş futbolçusu, braziliyalı ulduz Ronaldo keçmiş xatirələrindən danışıb.
Fanat.Az xəbər verir ki, "yekədiş" əyləncəyə çox vaxt sərf etdiyi üçün klub rəhbərliyi tərəfindən tez-tez tənqid olunduğunu etiraf edib.
Ronaldo klub prezidenti ilə aralarında baş tutan bir dialoqu danışıb:
"Bir gün prezident Peres mənə dedi ki, Roni, niyə evində oturmursan? Bax Fiqoya. Həmişə evində, arvadının yanındadır. Mən cavabımda dedim: Fiqonun arvadını görürsən? O mənim arvadım olsa, partilərdə gəzmərəm, evdə oturaram. Sonra prezidentin bu hadisəni Fiqoya danışmasını eşidəndə, təəccübləndim. İnsanlar mənim partilərə çox getməyimdən danışırdılar".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol