"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az Belçikanın "Footnews" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhəngi Portuqaliyanın "Sportinq" klubundan İdrissa Dumbiyanı transfer edib. "Qalatasaray" həm Lissabon təmsilçisi, həm də kot d ivuarlı yarımmüdafiəçinin özü ilə anlaşıb. Dumbiya cari mövsümü icarə əsasında "sarı-qırmızılılar"ın heyətində keçirəcək.
Qeyd edək ki, Dumbiya indiyədək Belçikanın "Anderlext", "Sulte Varegem" və Rusiyanın "Axmet" klublarında çıxış edib.
Onu da qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də "Neftçi"nin qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol