"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv "Makkabi”si yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan İsrail təmsilçisi Hayfa "Hapoel”i ilə üz-üzə gəlib.
Hər hissəsi 35 dəqiqədən ibarət olan görüş "Makkabi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Makkabi” qrup mərhələsinin V turu çərçivəsində dekabrın 3-də "Qarabağ”ın qonağı olacaq.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol