Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"RMC" xəbər agentliyi: Karantindən çıxan Rafael Varan (Raphael Varane) dünən "Mançester Yunayted"in tibbi müayinəsindən keçib.
Gün ərzində fransız müdafiəçi ilə müqavilə imzalanacağı gözlənilir.
Xatırladaq ki, iyulun 27-də "Real Madrid" və "Mançester Yunayted" razılığa gəldiklərini elan etmişdilər.
Baş tutmuş transfer xəbərləri:
Kaoru Mitoma (24 yaşlı yapon cinah oyunçusu)
"Kavasaki Frontale"dən (Yaponiya) "Brayton"a (İngiltərə) transfer olunub.
Futbolçu 4 illik müqavilə imzalayıb.
Kamal Ademi (25 yaşlı hücumçu)
"Fənərbağça"dan (Türkiyə) "Ximki" (Rusiya) klubuna keçidi reallaşıb.
Transfer məbləği 2 milyon avro olan futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Fatih Karagümrükdə" keçirib.
Adam Armstronq (Adam Armstrong) (24 yaşlı ingilis hücumçu)
"Blekbernd"ən (İngiltərə) "Southampton"a (İngiltərə) transfer olunub.
Transfer məbləği 15 milyon funt sterlinq olan futbolçu klubla 4 illik müqavilə imzalayıb. Keçən mövsüm 43 oyuna 29 qol vurub və 5 məhsuldar ötürmə verib.
Emin Şəmsiyev