"Barselona"nın zədəli hücumçusu Ansu Fati geri dönür.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, 18 yaşlı ispan futbolçunun dizindəki zədə sağalır.
Onun İspaniya La Liqasının VII turunda keçiriləcək "Levante" ilə oyunda meydana çıxacağıq ehtimal olunur.
"Levante" ilə oyunda 20 dəqiqə, Çempionlar Liqasında "Benfika" ilə görüşdə isə 60 dəqiqə meydanda olacağı bildirilir.
Röya