Azərbaycan millisinin üzvləri Mahir Emreli və Anton Krivotsyuk bu gün Polşada növbəti matçına çıxacaqlar.
Fanat.Az xəbər verir ki, Antonun çıxış etdiyi "Visla" səfərdə "Şlask"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Plotsk klubu turnir cədvəlinin 9-cu, iddialılardan olan "Şlask" isə 3-cü yerdə qərarlaşıb.
Emrelinin çıxış etdiyi “Legiya” isə 9-cu tur çərçivəsində “Rakov”u qonaq edəcək. Oyun saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Legiya” hazırda turnir cədvəlində 13-cü (9 xal), “Rakov” isə 7-ci pillədə (11 xal) qərarlaşıb.
Mirağa