"Barselona"nın hücumçusu Serxio Aquero (Sergio Aguero) Kriştianu Ronaldu və Lionel Messinin çıxışını dəyərləndirib.
Fanat.Az "Record" agentliyinə istinadən xəbər verir ki, 33 yaşlı forvard Ronaldunun daha inkişaf etmiş futbolçu olduğunu bildirib:
"Kriştianu Leodan daha inkişaf etmiş hücumçudur. Həmişə özünə güvənir. İstənlən finalda öz sözünü deyə bilir. Ronaldu daim qol vurur, ancaq qol vurur"
Xatırladaq ki, Aquero bu ilin iyul ayında "Mançester Siti"dən "Barselona"ya azad agent keçib.
Emin Şəmsiyev