"Çelsi"nin 29 yaşlı qapıçısı Eduard Mendi "Qızıl top"a 30 namizəd arasında adının olmamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, seneqallı qolkiperin söylədiklərini "Daily Mail" belə çatdırıb:
"Açığı adımın namizədlər arasında olmamasına çox üzüldüm. Yaxınlarımdan və heç tanımadığım adamlardan dəstək mesajları aldım. Ədalətsizlikdir? Yox, bu sözü işlətmək istəməzdim. Mövcud vəziyyət mənə daha yaxşı çalışmaq üçün motivasiya verir. Klub və yığma ilə titullar qazanmaq əsas hədəfimdir".
"Çelsi" ilə 2020/21 mövsümündə Çl-in qalibi olan Mendi bu turnirin ən yaxşı qapıçısı ünvanına da sahib çıxmışdı.
Nihat