Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"AS" nəşri: "Vilyarreal" Ceremi Pino (Jeremi Pino) ilə müqavilə müddətinin uzadılması üzərində işləyir. 18 yaşlı futbolçunun cari müqaviləsinin müddəti 2024-cü ildə qədər nəzərdə tutulub. La Liqa komandası müqavilənin müddətini daha 3 il uzatmaq fikrindədir.
"Gazzetta dello Sport" nəşri: Yanvar ayında Mauro İkardi PSJ-dən onu satmasını istəyəcək. "Yuventus", "Milan" və "Tottenhem" isə futbolçu uğrunda mübarizə aparacaq.
"AS" nəşri: İspaniyalı qapıçı Adrian "Liverpul"da qalmaq niyyətində deyil. Oyun praktikasının olmamasından narazı qalan futbolçu bu qış "Real Betis"ə keçəcək.
"CBS Sports" saytı: MLS-də çıxış edən ABŞ millisinin və "Dallas" klubunun 18 yaşlı hücumçusu Rikardo Pepi "Bayern Münhen", "Borussiya Dortmund", "Wolfsburq", PSJ, "Real Madrid" və "Ayaks" kimi klubların hədəfindədir.
Gənc futbolçu bu il 27 oyuna 13 qol vurub və 2 məhsuldar ötürmə verib.
Rikardo Pepinin oyunlarından hazırlanmış videoçarxı təqdim edirik:
Emin Şəmsiyev