Paraqvay millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
Xəbərə görə, komandaya Qustavo Barros Skelottoya rəhbərlik edəcək.
48 yaşlı argentinalı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bir müddət öncə Paraqvay millisi baş məşqçisi Eduardo Berissonu istefaya göndərib.