İsveç kinorejissorlarının "Milan"ın hücumçusu Zlatan İbrahimoviç haqda çəkdikləri bədii filmin premyerasının vaxtı məlum olub.
Fanat.Az xəbər verir ki film yanvar ayının 27-si kinoteatrlarda nümayiş olunacaq.
Bədii filmin təsviri belədir: "O, İsveçin ən kriminal bölgələrdən birində böyüyüb və dünya futbolunun zirvəsinə yüksəlib. Əzmkarlığı və təbii istedadı sayəsində milyonların ürəyini fəth etməyi bacarıb. İnsanlar onun adını tərənnüm edir. O əfsanənin adı Zlatan İbrahimoviçdir və bu onun hekayəsidir."
Filmin treylerini təqdim edirik:
Xatırladaq ki, bu Zlatan İbrahimoviç haqda çəkilən ilk film deyil, 2015-ci ildə "Zlatan, başlanğıc" adlı film də nümayiş olunub.
Emin