Bu yay azad agent olacaq "Zenit"in futbolçusu Serdar Azmun ötən həftə "Bayer Leverkuzen"lə müqavilə imzalayıb.
Ancaq rus klubu Sərdarı transfer prosesində bəzi müddəaları pozduğuna görə cərimələyib, milliyə buraxmayıb və hücumçunu ikinci komandaya göndərməklə hədələyib.
Fanat.Az xəbər verir ki, iranlı futbolçu "İnstagram" səhifəsində canlı yayıma qoşulub və kluba cavab verib. O, canlı yayımda "Zenit"in hücumçusu Artyom Dzyuba ilə də söhbət edib.
Futbolçular arasında baş tutan dialoqun maraqlı hissəsini təqdim edirik:
Azmun: “Artyomçik, mən səhv bir şey etməmişəm. Məndən nə istəyirlər bilmirəm. Heç vaxt səhv iş görməmişəm. Amma yenə də problem yoxdur”.
Dzyuba (şərhdə): "Bilirəm. Bunların hamısı Yalandır".
Azmun: “Səni sevirəm, Artyomçik! Həmişə yanımdasan, qardaş. Amma yenə də problem yoxdur. Daha üç ay "Zenit" üçün "öləcəyəm". Oroblem yoxdur. İkinci komanda, ya da birinci ilə gedəcəyəm. Mənim ikinci komanda ilə irəliləməyimi istəyirlərsə, gedəcəm".
Emin