
Azərbaycanin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov bu ölkədə təlim-məşq toplanışında olan Azərbaycanın sumo millisini ziyarət edib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası məlumat yayıb.
Yığma üzvləri Asahi Qaoka sumo məktəbi və Yaponiyanin ən böyük universiteti olan Nihon Daigakuda (Japan University) hazırlıq prosesində iştirak ediblər. Fərid Talıbov komandanın məşq prosesini ziyarət edib.
O, hazırlıq prosesi ilə yaxından tanış olub və oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatında milli komandaya uğurlar arzulayıb və yarışda yüksək nəticə qazanacaqlarına inandığını bildirib.