
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində dünən öz meydanında "Slovan"ı 6:1 hesabı ilə üstələyən PSJ-nin hücumçusu Ferran Torres qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, darmadağında 3 qol vuraraq böyük pay sahibi olan ispaniyalı futbolçunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Oyundan öncə heç vaxt het-trik edəcəyini gözləmirsən. Bizdən bu matçda bütün gücümüzlə oynamaq, pressinq etmək, topu itirəndən dərhal sonra onu geri qaytarmaq uğrunda mübarizə aparmaq tələb olunurdu. Düşünürəm ki, yaşı alındı. Meydanın rəqibə aid hissəsində çox sayda top aldıq, əla oyun keçirdik. Xoşbəxtm, özümü çox yaxşı hiss edirəm. Belə komanda yoldaşları ilə oynamaq asandır. Bu səbədən oyunlardan mümkün qədər çox həzz almağa, meydanda və ondan kənarda sevinməyə çalışıram".
Nihat