Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş baş tutacaq.
Beləliklə, qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına Niderland, Bolqarıstan və Macarıstanda aydınlıq gələcək.
PSV Portuqaliyanın "Benfika" komandası ilə qarşılaşmada ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Lüdoqorets" İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək. Bu üç görüşdə meydan sahibləri ilk görüşdə məğlub olmuşdular.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
24 avqust
23:00. PSV (Niderland) - "Benfika" (Portuqaliya)
İlk oyun - 1:2
23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)
İlk oyun - 0:2
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 2:3.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək.