UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Gecənin yeganə matçında "Real Madrid" İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub. "Etihad" stadionundakı görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.
Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
26 aprel
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 4:3
Qollar: Bruyne, 2, Jezus, 11, Foden, 53, Silva, 74 – Benzema, 33, 82, pen., Junior, 55.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Mançester. "Etihad" stadionu