13:55 06.06.2025 1785

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

“Xəzər-Lənkəran”ın yetirməsi olan Orxan Sadıqlı Premyer Liqada “İnter”, “Zirə”, “Sumqayıt”, “Kəpəz” kimi klubların formasını geyinib, Azərbaycanın U-21 millisinin üzvü olub. Bir müddət futbolsuz qalan qolkiper qışda İkinci Liqa komandası "Şəmkir"ə üz tutdu. Hazırda Vüqar Nadirovun baş məşqçisi olduğu qərb təmsilçisində çıxış edən Sadıqlını arayıb karyerası, hazırkı durumu ilə bağlı suallarımıza cavab almağa çalışdıq. 

- Premyer Liqadan sonra bir müddət səssizliyə çəkildin və daha sonra sorağını İkinci Liqadan aldıq. "Şəmkir"ə keçidin necə alındı?
- "Sumqayıt"dan ayrıldıqdan sonra iki Premyer Liqaa klubu ilə danışdıq. Ancaq son anda alınmadı keçidim. Birinci Liqa klublarından da maraqlanan var idi, maddi baxımdan anlaşa bilmədik. "Şəmkir"ə məni Vüqar Nadirov dəvət elədi. Açığı, ora Vüqar müəllimə görə getdim. Yəni maddiyatı danışmadıq. Şükür ki, əlimizdən gələn köməkliyi göstərə bildik.

- Son mövsümü komandanın çıxışı baxımından necə dəyərləndirirsən? Birinci Liqaya çıxmaq üçün sona qədər şansınızı davam etdirirdiz. Nə çatmadı?
- Sizə tam səmimi deyirəm ki, "Şəmkir"də çox gözəl kollektiv və komanda qurulub. İstər rəhbərlik, istərsə də məşqçi heyəti tərəfindən komanda mehribançılıq, səmimiyyət atmosferində idarə olunur. Əslində, biz qarşıya qoyulan maksimum hədəfə çatdıq. Komandanın hədəfi bu il yox, gələn il Birinci Liqaya çıxmaq idi. Amma sərgilədiyimiz oyun, yığdığımız xallar bizə pley-off oynamağa şans yaratdı. Təəssüf ki, 1 xal fərqlə "Haypers Quba" komandasından geri qaldıq. Amma ümumi götürəndə qışdan sonra 13 oyunda 10 qələbə qazanıb 1 heç-heçə etdik və cəmi 2 məğlubiyyətimiz oldu. Bu, çox yaxşı nəticədir.

- "Şəmkir" sənə nə verdi? Özünə inamın qayıdırmı? Çünki  hiss etdiyimizə görə, Premyer Liqada uzun müddət çıxış etmiş bir qapıçı kimi, bir ara xidmətinə ehtiyac duyulmaması sənə pis təsir etmişdi.
- Mən futbolu sevirəm, qapıçılıq peşəsini sevirəm. İşimi də heç nədən asılı olmayaraq, həmişə sevə-sevə görürəm. "Şəmkir" mənə hələ də istənilən Premyer Liqa klubunda klubunda oynamağa hazır olduğumu göstərdi. Göstərdi ki, buna həm gücüm var, həm də təcrübəm. Bəli, futboldan uzaq qaldığıma görə bir az küsüb-incimişdim. Düzdür, hansı tərəfdən baxsaq, səhv məndə idi. Lakin özümü sanki heç olmamışam, milli komandalarda, Premyer Liqa klublarında oynamamışam kimi hiss etmək adamı üzürdü. 

- Bu aralarda kimlərdən dəstək aldın? 
- Onu deyə bilərəm ki, dəstək gözlədiklərimin heç birindən almadim. Əksinə, iki-üç nəfər oldu ki, onlardan gözləmirdim, amma dəstək oldular.

- Yenidən Premyer Liqada oynamaq imkanın var? Elitanın debütant komandalarından təklif göndərən yoxdur?
- Mən həm fiziki, həm də mental olaraq hazıram. Sadəcə, bir təlim-məşq toplanışına ehtiyacım var ki, gücümü bərpa edim, özümü tonusa salım. Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm. Bunu sözdə yox, əməldə də sübut etməyə hazıram. Təkcə debütantlarda yox, istənilən klubda oynamağa hazıram. Amma gərək təklif olsun.

- Sənə elə gəlmir ki, Azərbaycanda qapıçı defisiti yaşanır? Millinin gənclərin ümidinə qalması bundan xəbər vermir?
- Əksinə, deyərdim ki, potensiallı yerli qapıçılarımız var. Onlara inanmaq, güvənmək lazımdır. Gənc deyəndə, yaxşı qapıçı olmaq üçün elə cavan yaşda oynamalısan ki, səhvlər edəsən, nəticə çıxarasan. Onlara sözüm budur ki, yaxşı məşq etsinlər, heç vaxt ruhdan düşməsinlər. Gənc vaxtlarımda mənim qədər səhv edən olmayıb (gülür). Amma sonradan qazandığım təcrübə sayəsində komandaya kömək edəndə hamının alqışlaması adama ləzət edir. Ümumiyyətlə, qapıçı olmaq çox çətin işdi. 90 dəqiqə dağıdırsan, seyvlər edirsən, nə vururlar çıxarırsan, amma 92-ci dəqiqədə qol buraxıran və qınaq obyektinə çevrilirsən. İker Kasilyas demişkən, "yaxşı qapıçı olmaq yaxşı insan olmağa bənzəyir. İnsanlara nə qədər kömək edirsən, hamı "yaxşı insan" deyir. Amma bir dəfə "yox" deyirsən, artıq yaxşı insan olmursan". Qapıçı da elədir, bir dənə top buraxan kimi, günahkar olur (gülür).

- Futbolu minifutbola dəyişmək variantına necə baxırsan? Bir çox futbolçular - Təmkin Xəlilzadə, Kamran Abdullazadə, Vəli Qafarov, Ağaseyid Qasımov və digərləri minifutboldadır və dünya çempionu oldular. 
- Gücüm çatdığı qədər böyük futbol oynamaq istəyirəm. Hazırda elə fikirim yoxdu. Amma həyatın bizə nə sürpriz bəxş edəcəyini demək olmur. Mən büyük stadionda, tribunaları dolduran azareşlərin önündə oynamağı sevirəm. 
Fürsətdən istifadə edib hemin qardaşları təbrik edirəm. Dünya çempionu oldular, bayrağımızı layiqincə təmsil etdilər. Onlarla fəxr etdik. 

- "Karyeranın ən yaxşı illəri hansı komanda ilə bağlıdır" soruşsam, yəqin "Xəzər Lənkəran" cavabını eşidəcəyəm. Düzdür? O illəri necə xatırlayırsan?
- Belə götürəndə, oynadığım hər klubda yaxşı vaxtlarım, yaxşı oyunlarım çox olub. Düzdür, səhvlərlə də yadda qalmışam - bu, qaçılmazdır. Dünya səviyyəli qapıçıların hamısı səhv edir. Çıxış etdiyim hər klubda can-başla oynamışam. Bu mənada "Kəpəz"i qeyd edərdim. Amma məni Orxan Sadıqlı kimi Azərbaycan futboluna qazandıran "Xəzər Lənkəran"ın yeri tamam başqadır. Özümu futbolçu kimi hiss etməyi "Xəzər"də öyrənmişəm. O komanda ilə bağlı hissləri sözlə ifadə etmək olmur, onu yaşamaq lazımdır. "Fırtınalar meydanı" üçün darıxmamaq mümkün deyil. Bir arzum var: kaş "Xəzər Lənkəran" yarana və futbolu o komandada bitirəm.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X