14:24 10.06.2025 976

"Səbail"də 40 min avroluq müəmma - AÇIQLAMA

"Səbail" klubunda sponsorla rəhbərlik arasında narazılıq yaşanır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, səbəb klubun büdcəsində yeyinti şübhəsidir.  

Sponsor bu mövsüm "Səbail"in akademiyasına geyim dəstləri üçün 40 min avro (təxminən 80 min manat) vəsait ayırıb. Ancaq həmin məbləğ təyinatı üzrə xərclənməyib. Daha doğrusu, rəhbərliyin göstərişi ilə formaların uşaqların valideynlərinə aldırıldığı, üzərinə sonradan loqolar yerləşdirildiyi bildirilir. 

Məsələ ilə bağlı klubun mövqeyini də öyrənməyə çalışdıq. "Dənizçilər"in sözçüsü Rəşad Məmmədov bu barədə belə danışdı:

"Bu cür absurd fikirlərin hardan çıxdığını bilmirəm. Səslənən fikirlər əsassız və cəfəngiyatdır. “Səbail” PFK-nın akademiyası mövsüm ərzində əsas komandanın geyindiyi "Adidas" brendinə məxsus idman geyimləri ilə təmin edilib. Heç bir valideyndən hansısa geyimə və inventara görə hansısa məbləğ alınmayıb. Tək geyim məsələsi deyil, akademiyamız mövsüm ərzində bütün inventar və toplarla tam şəkildə təmin edilib. Bundan başqa, akademiya mövsüm ərzində istər paytaxt, istərsə də bölgə oyunlarına avtobusla göndərilib. Bölgə oyunları zamanı bütün akademiya üzvləri yeməklə təmin edilib. Bir sözlə, səslənən fikirlər tam əsassızdır".

Qeyd edək ki, "Səbail"in akademiyasında oğlanlardan ibarət 9 yaş qrupu (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19), o cümlədən qızlardan ibarət bir (U-13), eləcə də əvəzedici komanda fəaliyyət göstərir. Akademiyada təxminən 200 yeniyetmə futbolun sirlərinə yiyələnir. 

Mirağa   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2026
08:00

DÇ-2026: Son 24 saatda mundialda qələbə qazanan olmadı

02:16

Sabiq "Neftçi"li "ağlını itirib"?

01:46

Dünya çempionatında hələ belə hadisə olmamışdı

00:57

DÇ-2026: İspaniyadan gözlənilməz başlanğıc, Belçika - Misir matçında "sülh"

15 İyun 2026
23:26

"Turan Tovuz" Konfrans Liqasında iştirak edəcək? - DƏQİQLƏŞDİ

22:23

Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar

21:32

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

20:28

Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

19:31

Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər

18:32

Azərbaycan Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatıldı

17:49

Ruben Amorimin yeni iş yeri bilindi - Bu həftə rəsmi müqavilə imzalayacaq

17:13

Mərakeş millisinin ulduzu Almaniya nəhəngində - Fabritsio Romano açıqladı

16:36

"1:4 hesabı daha ədalətli olardı"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:48

AFFA-nın baş katibi FİFA İcraedici Futbol Sammitində

15:38

"Şəfa"da yeni qapıçı - RƏSMİ

15:25

"Kəpəz" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:46

"Sabah"a yeni idman direktoru təyin olundu

14:09

Azərbaycanlı vinger "Pafos"la müqavilə bağladı - RƏSMİ

13:47

Kukurelya "Real Madrid"ə transfer olundu - RƏSMİ

13:19

Azərbaycan təmsilçisi Avropa çempionatında daha bir "qızıl" qazandı

12:53

Mbappe Klozenin rekordunu qıracağına inanırmı?

12:27

İsveç millisi 88 il sonra ilki reallaşdırdı

11:58

"Kurasao millisi də futbol oynamağı bacarır" - Yulian Nagelsmann

11:31

Meksikalı futbolçu ölü tapıldı

11:06

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:40

Xedira "Real Madrid"də - SON DURUM

10:00

DÇ-2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

09:35

Uruqvay millisinin təyyarəsi ABŞ-yə buraxılmadı

09:00

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

21:24

Bir İspaniya nəhənginə keçəcəyi gözlənilən Kukurelya digərinə qoşulur - SON DURUM

20:51

"Barselona" Avstraliya millisinin yeni ulduzuna elçi düşüb

20:21

"Çelsi"dən "Mançester Siti"yə gözdağı

19:51

"Mançester Yunayted"ə "Milan" müjdəsi

19:14

DÇ-2026: Almaniya, Niderland və İsveç səhnəyə çıxır

Facebookdan bizi izləməyi unutmayın.
X