
Leon Beyli “Roma”da uğursuz başlanğıcla yadda qalıb.
Fanat.Az xəbər verir ki, “Roma”nın yeni transferi Leon Beyli komanda ilə ilk məşqində zədələnib
“Roma”nın rəsmi mətbuat xidməti “Romapress”-in yaydığı məlumata görə, yamaykalı futbolçu əzələ zədəsi səbəbindən təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Beyli “Aston Villa”dan ayrılaraq bu yay “Roma”ya transfer olunmuşdu.
Bu zədə futbolçunun İtaliya təmsilçisində debütünü bir qədər gecikdirəcək.
Kamil Xudiyev