
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 10-cu turda "Radomyak"la qarşılaşıb.
Matç məhsuldar nəticə ilə yadda qalıb. Renatın komandası doğma meydanda 2:2 hesablı heç-heçəyə razılaşıb. Millimizin forvardı görüşün 77-ci dəqiqəsində meydana əvəzetmədən qoşulub.
Beləliklə, 9 oyun keçirən lublinlilər 11 xalla 10-cu pillədə qərarlaşıb.