
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin növbəti rəqibi olacaq Fransa yığmasının heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin futbol federasiyası yayıb.
Belə ki, PSJ klubunun üzvü Bredli Barkola zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb. Baş məşqçi Didye Deşam onun əvəzinə "Lill"dən Florian Toveni düşərgəyə cəlb edib.
Qeyd edək ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.