
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız səfərdə Fransa ilə qarşılaşır.
PSJ klubuna məxsus "Park de Prens" stadionunda baş tutacaq çətin görüş saat 22.45-də başlayacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, D qrupunda mübarizə aparan millinin hazırda cəmi 1 xal var. Komandamız eyni xalı olan Ukrayna ilə 3-4-cü yerləri bölüşür. Qrupa 6 xalla Fransa liderlik edir. İkinci yerdə qərarlaşan İslandiyanın isə 3 xalı xalı var.
DÇ-2026
D qrupu
10 oktyabr
22:45. Fransa - Azərbaycan
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff (hamısı Norveç).
Paris. "Park de Prens" stadionu.