
"Barselona"nın hücumçusu Robert Levandovski Polşa millisində zədələnib.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti informasiya yayıb.
Məlumatda Levandovskiyə sol budunda əzələ yırtılması diaqnozu qoyulduğu bildirilib. Bərpa müddəti zədənin şiddətindən asılı olacaq. Bununla belə, yerli KİV Levandovskinin 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağını iddia edir. Bu o deməkdir ki, forvard oktyabrın 26-da "Real Madrid" ilə qarşılaşmada "Barselona"ya kömək edə bilməyəcək.
37 yaşlı Levandovski bu mövsüm bütün turnirlərdə 9 matçda iştirak edib və 4 qol vurub.
Mirağa