
UEFA Gənclər Liqasında mübarizə aparacaq "Sabah"ın U-19 komandasının II təsnifat mərhələsindəki oyununun hakimləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Nant"la Fransada keçiriləcək ilk oyunu Maltadan olan hakim idarə edəcək.
FIFA referisi İşmael Barbaraya həmyerliləri Lyuk Portelli və Dunkan Spens kömək göstərəcək. Dördüncü hakim funksiyasını fransalı Remi Landri yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Cavab görüşü noyabrın 5-də Bakıda baş tutacaq.