
"Barselona" 18 yaşlı hücumçu Lamin Yamalın meydandan kənar həyat tərzindən narahatdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Larguero" yayıb.
Mənbə iddia edib ki, Kataloniya nəhəngi ulduz futbolçunun gündəlik həyatı ilə bağlı müəyyən narahatlıq keçirir. Klub son aylarda futbolçunun başına gələn bəzi şeylərə görə narazıdır. Yamal keçən yay 18 yaşı tamam olanda ad günü şənliyində qonaqları əyləndirmək üçün qısaboyluları işə cəlb etməsi qınağa səbəb olmuşdu.
Bundan başqa, hücumçunun PSJ ilə oyun öncəsi iclasa gecikdiyi də bildirilir. "Barselona"nın idman direktoru Deko komandanın baş məşqçisi Hans Diter Fliki futbolçunu əsas heyətdən kənarlaşdırmaq fikrindən çəkindirməli olub.
Mirağa