
"Beşiktaş"da komandanın yeni kapitanı bəlli olub.
Fanat.Az xəbər verir ki, “qara-ağlar”ın yeni kapitanı türkiyəli futbolçu Orkun Kökçü seçilib.
Baş məşqçi və komanda rəhbərliyinin qərarına əsasən, Orkun Kökçü bundan sonra əsas komandanın kapitan sarğısını daşıyacaq. Onun ardından ikinci kapitan vəzifəsini isə Endidi icra edəcək.
Yeni rəhbərlik qərarı ilə Beşiktaşda komanda daxilində nizam-intizam və liderlik strukturunun gücləndirilməsi məqsədilə kapitanlıq sistemində dəyişikliklər edilib.