19:33 19.10.2025 713

"Bu şəkildə məğlub olmağımızı istəməzdim" - Rəşad Sadıqov

"Oyunu dəyərləndirmək çətindir. 0:3 hesabı ilə uduzmuşuq. "Hayduk"a qarşı Xorvatiyadakı əlavə vaxtda vurulan qolu saymasaq, altı ay idi ki, uduzmurduq. Son dəfə 29-cu turda "Qarabağ"a uduzmuşduq. Nə vaxtsa uduzacağımız aydın idi. Amma bu şəkildə məğlub olmağımızı istəməzdim. Çünki bizə yaraşan şəkildə məğlubiyyət olmadı. Oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi. 3-4 dəqiqəyə iki qol buraxdıq. Səfərdə "Sabah" kimi komandaya qarşı bunu dəyişmək çətin olur. Cəhd etdik. İkinci hissədə daha yaxşı oyun keçirdik. Amma yenə də, texniki səhvdən sonra rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbə qazananda necə tez unudaraq növbəti görüşə fokuslanırdıqsa, indi də eyni reaksiyanı verməliyik. Artıq bu oyun geridə qaldı, səhvlərimizi təhlil edib, nəticə çıxararaq növbəti oyuna hazırlaşacağıq".

Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 8-ci turunun(3:0) "Sabah"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb. 

- Razısız ki, son vaxtlarda bu qədər zəif oynamamışdınız...

Tamamilə doğrudur. Bu il ən zəif oyunlarımızdan birini keçirdik. Bəhanə kimi olmasın, 6-7 aparıcı oyunçunun olmaması bizim kimi komandalar üçün problemdir. Bir-iki oyunçunun yoxluğunu sığortalamaq olur, amma əsas heyətin 6-7 oyunçusunu itirdikdən sonra yerlərini doldurmaq çətindir. Oyun ritmində olmayan 5-6 futbolçu meydana çıxırsa, əlavə çətinliklər yaranır. Çalışdıq. Bizim üçün son gözlənilməz itki İsmayıl İbrahimli və Ceyhun Nuriyev idi. Çalışırdıq ki, onlara qədər olan itkiləri həll edək, boşluqları dolduraq. Əlavə o iki itki də oldu. Oyunun gedişində də hiss edilirdi.

- Milli komandamızın Ukrayna ilə matçında Şahruddin Məhəmmədəliyev cəzalı duruma düşdü. Qarşıdakı oyunlarda Aydın Bayramova şans verib onun milli yolunu açmağı düşünürsünüz?

Belə planımız var. Amma son qərarı oyuna yaxın, həftəiçi məşqlərdən sonra verəcəyik.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X